"Qarabağ"ın çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Rakuv"da ayrılıq baş verib. Matc.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, komandanın əsanəvi futbolçusu hesab edilən Tomaş Petraşek karyerasını Cənubi Koreyada davam etdirəcək.
 
2016-cı ildən bəri "Rakuv"un formasını geyinən 31 yaşlı mərkəz müdafiəçisi rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib. çexiya millisinin sabiq üzvü Avropadan başqa təkliflərinin olmasına baxmayaraq, "Jeonbuk Hyundai Motors"la ilkin müqavilə imzalayıb.
 
Petraşek yeni komandasında Azərbaycan millisinin üzvü Emin Mahmudovla komanda yoldaşı ola bilər. çünki "Neftçi" ilə müqaviləsi başa çatan kapitan "Jeonbuk Hyundai Motors"dan sərfəli təklif alıb.
 
Qeyd edək ki, "Rakuv" çempionlar Liqasının I təsnifat mərhələsində "Flora" ilə qarşılaşacaq. Bu cütlüyün qalibi növbəti raundda "Qarabağ" – "Linkoln" cütünün güclüsü ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest