"Bavariya"nın futbolçusu Luka Ernandes PSJ-yə keçməyə yaxındır. Matc.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, transferin reallaşması üçün klublar arasındakı danışıqlar yekunlaşmaq üzrədir.  
 
Ernandes artıq parislilərlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb və istəyi barədə "Bavariya" rəhbərliyini məlumatlandırıb. 
Münhen komandası ilə müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədə olan müdafiəçinin transferi 35-40 milyon avro dəyərində qiymətləndirilir.  
 
Sol cinahda da oynamağı bacaran mərkəz müdafiəçisi ötən mövsüm "Bavariya"nın heyətində 11 oyuna çıxıb.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest