"Sabah" yeni futbolçu ilə güclənir. Matc.az xəbər verir ki, Masazır təmsilçisi Mərakeş yığmasının futbolçusu Sofian Şakla ilə anlaşıb. 
 
ölkə çempionatının gümüş medalçısı 30 yaşlı mərkəz müdafiəçisinin çıxış etdiyi İspaniyanın "Ponferradina" komandası ilə danışıqları müsbət yekunlaşdırıb.
 
Təcrübəli oyunçunun qarşıdakı günlərdə Bakıya gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir. Hələlik sözləşmənin detalları bəlli deyil.
 
Qeyd edək ki, Sofian Şakla karyerası ərzində İspaniyanın "Malaqa", "Almeriya" və "Xetafe" kimi klublarının da formasını geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest