"Biz "Match TV Cup" üçün Sankt-Peterburqa gəlirik".

"Neftçi"nin Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq ənənəvi "Matç TV" turnirində iştirakı dəqiqləşib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi "Tvitter" hesabında paylaşım edib:
 
"Biz "Match TV Cup" üçün Sankt-Peterburqa gəlirik".
 
Qeyd edək ki, turnirinin iştirakçıları "Fənərbaxça" (İstanbul, Türkiyə), "Neftçi" (Bakı, Azərbaycan), "Srvena Zvezda" (Belqrad, Serbiya) və "Zenit" (Sankt-Peterburq, Rusiya) olacaq. "Neftçi" ilk oyununu iyulun 1-də türkiyəlilərə qarşı keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest