"Neftçi" PFK-nın rəhbərlərindən olmuş, 1994-1999-cu illər ərzində klubun əsas sponsoru və vitse-prezidenti vəzifəsini icra etmiş Rasim Rəfiyevin 75 illik yubileyi təşkil olunub. Matc.az xəbər verir ki, tədbir Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena"da baş tutub.
 
öncə Rəfiyevin Yasamal rayonunda yerləşən məzarı futbol veteranları, Neftçi PFK və AFFA-nın rəhbərliyi tərəfindən ziyarət olunub, ardınca isə Dalğa Arena-da futbol veteranları arasında xatirə matçı keçirilib. Oyun 3:3 hesablı heç heçə ilə yekunlaşıb.
 
Qeyd edək ki, Rasim Rəfiyev "Neftçi"ni klubun ağır dövründə – 1994-cü ilin yayında himayəyə götürüb. Flaqmana hər cür dəstək göstərən Rəfiyev komandanın həmin dönəmdəki uğurlarında əsas pay sahiblərindəndir. "Neftçi" onun vitse-prezident olduğu dövrdə Azərbaycan çempionatının (1995/1996, 1996/1997), kubokunun (1995/1996, 1998/1999) və Superkubokunun (1995) qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest