"Qarabağ"ın çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Rakuv" problemlə üzləşib. Matc.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, ölkə çempionu qapı xətti ilə bağlı narahatlıq keçirir.
 
Buna səbəb əsas qolkiper Vladan Kovaçeviçin bir neçə xarici klubun maraq dairəsində olmasıdı. Bosniya və herseqovinalı 25 yaşlı oyunçunun gedişi "Rakuv"u qapıçısız qoya bilər. çünki digər qolkiperlər Kaçper Trelovski və Yakub Rayçikovski hələ çox gənc və təcrübəsizdilər.
 
Onların oyun praktikasının olmadığını nəzərə alan rəhbərlik yeni qapıçı axtarışında olsa da, siyahıda yer alan futbolçulardan heç birinin razılığını almaq hələlik mümkün olmayıb. Baş məşqçi David Şzvarqa çempionlar Liqasında təsnifat mərhələsinin başlamasına bir neçə gün qalmış yaranmış durumdan narazılığını rəhbərliyə bildirib.
 
Qeyd edək ki, "Rakuv" I raundda Estoniya təmsilçisi "Flora"nı üstələsə, növbəti mərhələdə "Qarabağ" – "Linkoln" (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. I mərhələnin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest