"Bütün zamanların ən yaxşı oyunçusunu görmək üçün 1200 mil yol qət etdim"

"İnter Mayami"nin MLS-də "Filadelfiya Union"la keçirdiyi oyunda maraqlı hadisə baş verib. Matc.az xəbər verir ki, bir azarkeş "İnter Mayami"nin yeni transferi Lionel Messinin oyununu tribunadan izləmək üçün 2000 km yol qət edib.
 
Lakin o, stadionda olarkən argentinalı superulduzun qarşılaşmada iştirak etməyəcəyini öyrənib. Matçda plakat açan fanat "Bütün zamanların ən yaxşı oyunçusunu görmək üçün 1200 mil yol qət etdim", - yazıb. Həmin video sosial şəbəkədə də paylaşılıb.
 
Qeyd edək ki, oyun "Filadelfiya Union"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Messinin iyulun 21-də "Kruz Azul"a oyunda debütü gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest