"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanı bu gün transfer etməyi planlaşdırır. Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Almaniya millisinin üzvü kataloniyalılarla 2+1 illik müqavilə imzalayacaq. Gündoğan 2024-25 mövsümündə İspaniya nəhəngində müəyyən sayda oyun keçirərsə, uzadılma bəndi aktivləşəcək. O, yeni komandasına azad agent kimi keçəcək.

Qeyd edək ki, İlkay Gündoğan ötən mövsüm bütün turnirlərdə 51 oyuna çıxıb, 11 qol vurub, 6 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest