26 İyun 2023, 11:52
FUTBOL
Vyetnamın "Kuanqnam" klubunun gənclərdən ibarət komandasının avtobusu qəzaya düşüb. Matc.az xəbər verir ki, hadisə nəticəsində bir futbolçu ölüb.
Qəza komanda səfər oyunundan qayıdarkən Vi O Lak keçidində baş verib. Vo Min Xeu dünyasını dəyişib, daha iki oyunçu xəsarət alıb. Onlar hazırda xəstəxanadadı.
Vyetnam Futbol Federasiyası ölən futbolçunun ailəsinə 2100 dollar maddi yardım edib. Yerli polis hadisəyə avtobusun texniki nasazlığının səbəb olduğunu müəyyən edib.