"Mançester Yunayted" Adrien Rabyonu almaq niyyətindədi. Matc.az xəbər verir ki, "Yuventus" da fransalını saxlamağa çalışır.

Turinlilər Rabyonun İngiltərə klubunun təklifini rədd edəcəyinə və yeni müqaviləyə razılıq verəcəyinə ümid edir. Bununla bağlı klubda 28 yaşlı orta sahə oyunçusuna təzyiqlər çoxdu. Rabyo ilə yeni sözləşmə "qoca sinyora" üçün üçün prioritetlərindən biridi.

Danışıqlar uğurla keçsə də, Adrien İngiltərədə top-klublardan birinə keçmək ümidini davam etdirdiyi üçün gözləmə mövqeyi tutur. "Mançester Yunayted" Rabyo ilə həm maaşı, həm də menecerliyini edən anasının komissiyasını müzakirə etməyə hazırdı.

Qeyd edək ki, Adrien Rabyo ötən mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 48 oyun keçirib, 11 qol, 5 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest