Təl-Əviv "Makkabi"si əfsanəvi irlandiyalı Robbi Kini baş məşqçi təyin edib. Matc.az xəbər verir ki, "Tottenhem"in və İrlandiya millisinin sabiq hücumçusu İsrail klubu ilə 2 illik müqavilə imzalayıb.

42 yaşlı mütəxəssis yaxın günlərdə yeni klubu ilə mövsümöncəsi məşqlərə başlamaq üçün Təl-Əvivə yollanacaq. Kin əvvəllər "Midlsbro" və İrlandiya yığmasında baş məşqçi köməkçisi olub.

O, 2018-ci ilin yazında Teddi Şeringem istefaya göndərildikdən sonra Hindistanın ATK klubunda futbolçu-məşqçi kimi 3 oyun keçirib və mövsümün sonunda komandadan ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest