Fransa Liqa1-də 2022-23 mövsümünün ən yaxşı əcnəbi futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu ada PSJ-nin sabiq hücumçusu Lionel Messi layiq görülüb. Argentinalı səsvermə zamanı Fransa çempionatının bütün əcnəbilərini qabaqlayıb.

Fransa Liqa1-də 2022-23 mövsümünün ən yaxşı əcnəbi futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu ada PSJ-nin sabiq hücumçusu Lionel Messi layiq görülüb.

Argentinalı səsvermə zamanı Fransa çempionatının bütün əcnəbilərini qabaqlayıb.

Messi Liqa1-də mövsümün oyunçusu mükafatına da namizəd idi. Lakin ardıcıl 4-cü dəfə bu titula yiyələnən Kilian Mbappeyə uduzub.

Qeyd edək ki, Lionel Messi ötən mövsüm Liqa1-də 32 matçda 16 qol vurub, 16 məhsuldar ötürmə verib. 36 yaşlı forvard ABŞ klubu "İnter Mayami"yə keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest