28 İyun 2023, 16:34
FUTBOL
"Turan Tovuz"da transfer çalışmaları davam edir. Matc.az saytının əldə etdiyi məlumata görə, Premyer Liqa klubunda daha iki ayrılıq baş verib.
Belə ki, cənubi afrikalı müdafiəçi Xulu Siyanda və kamerunlu hücumçu Runi Eva bölgə təmsilçisi ilə vidalaşıb. Hər iki oyunçunun başa çatan müqaviləsi yenilənməyib. Nəticədə onlar azad agent statusuna yiyələniblər.
Qeyd edək ki, Runi Eva ötən mövsüm 16 qolla komandanın Premyer Liqada bombardiri olub.