Bunlar Bolqarıstanın "Septemvri" klubundan ayrılan Martin Petkov və nigeriyalı forvard Otto Condur. Hər iki futbolçu ilə 2 illik müqavilə nəzərdə tutulub.

"Turan Tovuz" yay fasiləsində heyətinə qatdığı transferləri rəsmən açıqlamağa hazırlaşır. Matc.az xəbər verir ki, bölgə təmsilçisi bu gün iki legioneri ictimaiyyətə təqdim edəcək.
 
Bunlar Bolqarıstanın "Septemvri" klubundan ayrılan Martin Petkov və nigeriyalı forvard Otto Condur. Hər iki futbolçu ilə 2 illik müqavilə nəzərdə tutulub.
 
20 yaşlı Petkov ölkəsində "Levski", "Slaviya", Ukraynada "çernomorets" klublarında oynayıb.
 
Kosovonun "Dukagini" klubunun formasını geyinən Otto isə karyerası ərzində Nigeriyada "36 Lion", Albaniyada "Skenderbeu", Kosovoda isə "Trepka" və "Priştina" komandalarında çıxış edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest