"Neftçi"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri olan Bosniya və Herseqovina "Jelezniçar"ı ilə Belarusun "Dinamo Minsk" komandaları arasında Bakıda keçiriləcək cavab oyununun başlama saatı açıqlanıb. Matc.az xəbər verir ki, iyulun 20-də oynanılacaq 1-ci təsnifat mərhələsinin ikinci qarşılaşması saat 21:00-da başlayacaq.
 
Görüş "Qarabağ"a məxsus "Azersun Arena"da keçiriləcək.
 
"Neftçi" 2-ci təsnifat mərhələsində bu cütün qalibi ilə qarşılaşacaq. Oyunlar iyulun 27-də və avqustun 3-də keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest