"Yuventus" rəhbərliyi komandanın heyətində "təmizləmə işləri" aparmaq fikrindədir. Matc.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi büdcəyə qənaət etmək üçün bəzi futbolçularla vidalaşmaq istəyir.

Rəhbərlik yarımmüdafiəçilər Artur, Denis Zakaria və Veston Makkeninin satışının təxminən 50 milyon avroya çatacağına əmindir.

Qapıçı Voyçex Şesni və müdafiəçi Aleks Sandro kimi oyunçuların da komandada qalmayacağı bildirilir. "Yuventus" yüksək maaş alan futbolçuları komandada saxlamaq niyyətində deyil və həm polyakı, həm də braziliyalını satmağa hazırlaşır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest