Azərbaycan yığmasının futbolçusu Mahir Emreli yenidən Türkiyədə çıxış edə bilər. Matc.az "Fotomac" nəşrinə istinadən xəbər verir ki, ötən mövsümü icarə əsasında "Konyaspor"da keçirən həmyerlimiz bu dəfə "Adana Demirspor"un maraq dairəsinə düşüb.
 
Zaqreb "Dinamo"suna məxsus Emrelinin növbəti mövsümü hansı komandada keçirəcəyi yaxın günlərdə bəlli olacaq.
 
Xatırladaq ki, Mahir ötən mövsüm "Konyaspor"da keçirdiyi 12 görüşdə 2 qol vurub.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest