04 İyul 2023, 12:05
FUTBOL
Argentina yığmasının futbolçusu Paulo Dibala Səudiyyə Ərəbistanına getməkdən imtina edib. Matc.az "Il Messaggero"ya istinadən xəbər verir ki, "Əl-Hilal" "Roma"nın yarımmüdafiəçisinin transferində maraqlıdır.
Ər-Riyad təmsilçisi transferin baş tutması üçün romalılara 12 milyon avro təklif edib. Futbolçunun özünə isə ciddi maaş artımı təklif olunub. Argentinalı "Roma"da ildə 6 milyon avro qazanır.
Lakin Dibala bu təklifdən imtina edib. O, Romada qalmaq niyyətindədir. 29 yaşlı futbolçu ötən mövsüm A Seriyasında 25 oyunda 12 qol vurub.