Onun Portuqaliyanın "Academico de Viseu" klubu ilə müqaviləsi iyulun 1-də başa çatıb. Yarımmüdafiəçi əvvəllər Portuqaliyanın "Şaves" və "Leyxoes" komandalarında da çıxış edib.

Növbəti mövsümlə bağlı qarşısına iddialı olmağı hədəf qoyan "Səbail" heyətini gücləndirməyə davam edir.  Matc.az xəbər verir ki, "dənizçilər" gün ərzində ikinci, yay "transfer pəncərəsi" dövründə 4-cü legioner keçidini elan etməyə hazırlaşır.

Belə ki, paytaxt təmsilçisi Anqola millisinin yarımmüdafiəçisi Valdemar Antonio Almeyda (Pana) anlaşıb. Hazırda tibbi müayinədən keçən 31 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 il olacaq.

Almeyda azad agentdir. Onun Portuqaliyanın "Academico de Viseu" klubu ilə müqaviləsi iyulun 1-də başa çatıb. Yarımmüdafiəçi əvvəllər Portuqaliyanın "Şaves" və "Leyxoes" komandalarında da çıxış edib.

Qeyd edək ki, "Səbail" bu gün portuqaliyalı hücumameylli yarımmüdafiəçi Pedro Nuno ilə də müqavilə bağlayıb. 28 yaşlı futbolçu son mövsümü Türkiyənin 1-ci liqa təmsilçisi "Adanaspor"da keçirib. 

Dünən isə komanda iki israilli futbolçu ilə anlaşıb. Söhbət yarımmüdafiəçi Yadin Luqasi və müdafiəçi Nir Bardeadan gedir.
fanat.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest