04 İyul 2023, 13:10
FUTBOL
"Bavariya" hücum xəttini gücləndirməkdə israrlıdır. Matc.az xəbər verir ki, Münhen təmsilçisi bu səbəbdən Harri Keynin transferinə can atır. "The Daily Mail"in məlumatına görə, artıq klub rəhbərliyi ingilis futbolçu üçün təklifini təkmilləşdirməyə hazırdır.
"Bavariya" "Tottenhem"in hücumçusu üçün əvvəlki təklifini 10 milyon funt sterlinq artırmaqla, 80 milyon funt sterlinq və əlavə olaraq, bonuslar təklif edəcək.