"Bəli, bu, mənim son dünya çempionatım olacaq. Başa düşürəm ki, başqa şeylərə üstünlük vermək və diqqət yetirmək vaxtıdır". Matc.az xəbər verir ki, bunu Braziliya yığmasının hücumçu Marta deyib. 
 
Xanım futbolçu bildirib ki, karyerasını başa vurmaq fikrindədir: "Bütün bu illəri millidə keçirdiyimə görə minnətdar olmalıyam. Başqa bir dünya çempionatına, altıncısına getmək imkanı mənim üçün sürreal bir şeydir".
 
37 yaşlı Marta 2006, 2007, 2008, 2009 və 2010-cu illərdə FİFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilib. O, 2002-ci ildən Braziliya millisində çıxış edir və komandanın heyətində 163-dən çox oyun keçirib və 112 qol vurub. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest