"Barselona" heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi "Atletik" və Sosyedad "Real"ının sabiq müdafiəçisi İniqo Martinezlə müqavilə bağlayıb. Futbolçu yeni klubu üçün fotosessiyada iştirak edib, onun transferi yaxın vaxtlarda açıqlanacaq.

32 yaşlı Martinez "Atletik"lə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatandan bəri klubsuz qalıb. ötən mövsüm müdafiəçi 18 matçda iştirak edib və 1 qol vurub.

Martinez 20 dəfə İspaniya millisində forma geyinib. O, ilk dəfə 2013-cü ilin yayında yığmaya çağırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest