"Neftçi"nin kapitanı Emin Mahmudovun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, futbolçu karyerasını böyük ehtimalla paytaxt təmsilçisində davam etdirəcək.

Klubdan verilən məlumata görə, Mahmudov yaxın günlərdə komandanın düşərgəsinə qoşulacaq: "Eminlə bağlı hələlik dəqiq məlumat yoxdur, amma müsbət cavab gözləyirik. Danışıqlar yekunlaşmaq üzrədir. Mahmudovla neçə illik müqavilənin bağlanacağı hələ bəlli deyil". 

Qeyd edək ki, "Neftçi" hazırda Sankt-Peterburqda təlim-məşq toplanışındadır. Mahmudovun da sabahdan Rusiyaya yollanacağı gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest