"Düzdü, rəqib ilk hissədə topa daha çox nəzarət edirdi. İkinci hissədə təşəbbüs bizdə idi"

"Qarabağ"la yoxlama oyunu faydalı oldu". Matc.az xəbər verir ki, bunu MOİK-in kapitanı İvan Turitsov deyib. 
 
Bolqarıstan təmsilçisi Avstriyadakı hazırlıq çərçivəsində dünən "Qarabağ"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub. 
 
Futbolçunun sözlərinə görə, məğlub olsalar da, komandası pis təsir bağışlamayıb: "Bizim üçün yaxşı bir siqnal oldu. Yorğun idik, amma məğlubiyyət normaldır. Düzdü, rəqib ilk hissədə topa daha çox nəzarət edirdi. İkinci hissədə təşəbbüs bizdə idi. Əks hücumlar etməyə çalışsaq da, qol vura bilmədik". 
 
Qeyd edək ki, MOİK-lə görüşdə "Qarabağ"ın qələbə topunu 42-ci dəqiqədə Redon Cica vurub. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest