ESPN ötən mövsümün ən yaxşı futbolçularının adını açıqlayıb. Matc.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Erlinq Haland nəşr tərəfindən ilin ən yaxşı mərkəz hücumçusu seçilib. 
 
"Real"ın futbolçusu Kərim Benzema (indiki "Əl-İttihad") ikinci, "Tottenhem"dən Harri Keyn isə üçüncü olub.
 
London "Arsenalı"ndan Bukayo Saka cinahın hücumameyilli yarımmüdafiəçilərinin ən yaxşısı kimi tanınıb. "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya ikinci, "Mançester Siti"nin futbolçusu Cek Qriliş üçüncü olub. 
 
PSJ-nin futbolçusu Kilian Mbappe ən yaxşı cinah hücumçusu seçilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest