05 İyul 2023, 14:34
FUTBOL
"Neman" klubunun futbolçusu Roman Paseviç karyerasını Azərbaycanda davam etdirməyə yaxın olub. Matc.az xəbər verir ki, bu barədə futbolçu Belarus mediasına müsahibəsində deyib.
"Mənə Qazaxıstan və Azərbaycandan zəng vurub, yüksək liqa komandalarından müqavilə təklif etdilər" – deyə, Paseviç bildirib.
Az öncə "Ufa"ya keçən futbolçu bu klubla 1 illik müqavilə bağlayıb: "Bu komandaya mümkün qədər kömək etmək istəyirəm. Sonra gələcəkdə mümkün uzadılması ilə bağlı başqa söhbətlər olacaq".