"Sabah"dan ayrılan daha bir futbolçu müəyyənləşib. Matc.az xəbər verir ki, Masazır təmsilçisi  Abdullaye Ba və Zurab Oçiqavanın ardından Bəxtiyar Həsənalızadə ilə də yollarını ayırıb.
Klubdan verilən məlumata görə, 31 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
"Sumqayıt"a keçəcəyi gözlənilən Həsənalızadə 2021-ci ilin yanvarından "Sanah" forma geyinirdi. O, bu komandada keçirdiyi 58 oyunda  3 qol vurub..
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest