"çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün dörd pley-off mərhələsindən uğurla keçməliyik. Uzun yoldur, amma ümid edirik ki, məqsədə çatacağıq". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Julio Romao deyib. 
 
Azərbaycan çempionu Avstriyadakı toplanışı başa vuraraq, İspaniyanın Marbelya bölgəsinə yollanıb. Hazırlığını 4 gün bu ölkədə davam etdirəcək təmsilçimiz iyulun 9-da çempionlar Liqasının I təsnifat mərhələsinin "Linkoln" ilə ilk oyunu üçün Cəbəllütariqə yollanacaq.
 
Romaonun fikrincə, ilk qarşılaşma asan keçməyəcək: "Linkoln"la oyun çox çətin olacaq. Biz qalib gəlməliyik. çempionlar Liqası hər hansı liqa deyil. Bu səbəbdən qələbə üçün mümkün qədər toparlanmalıyıq. Biz bu oyunu  səbirsizliklə gözləyirik və uğur qazanmaq istəyirik".
 
Qeyd edək ki, "Linkoln" və "Qarabağ" arasında ilk oyun iyulun 11-də keçiriləcək. "Viktoriya" stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək. Cavab görüşü isə iyulun 19-na təsadüf edəcək. Bakı Olimpiya Stadionundakı görüş saat 20:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest