06 İyul 2023, 12:28
FUTBOL
Braziliya millisinin hücumçusu Qabriel Jezus "Mançester Siti"dən ayrılma səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, ötən ilin yayında "Arsenal"a keçən futbolçu baş məşqçi Pep Qvardioladan şikayətlənib.
Futbolçunun sözlərinə görə, onu göz yaşlarına boğan Qvardiolanın anlaşılmaz hərəkətləri səbəbindən klubu tərk etmək qərarına gəlib:
"Pep çempionlar Liqasında PSJ ilə oyunda Zinçenkonu yalançı "doqquzluq" mövqeyinə buraxdı. Məşqdə Zinçenkoya şans verməmişdi. Ertəsi gün isə oyuna iki saat qalmış Zinçenko mənə dedi ki, sənə yazığım gəldi. Oyun öncəsi yarım saat dincəldik. İndi oyuna getmək vaxtıdır və Pep heyəti yığır. Otağa getdim, ağladım, anama zəng etdim ki, getmək istəyirəm. Pep mənə qarşı hücuma keçirdi. Oyun öncəsi isinmə hərəkəti etmədim. Sadəcə zalda velosiped sürürdüm. İkinci hissənin başlamasından 5 dəqiqə sonra Mbappe fərqləndi. Bundan sonra Qvardiola məni çağırdı".
Futbolçu bildirib ki, həmin oyunda assist etməklə yanaşı, qol da vurub: "2:1 hesabı ilə qalib gəldik. Növbəti matçda oynayacağımı düşünürdüm, amma olmadı. Dəli olmuşdum. Bu, həqiqətən çətindir. Artıq Mançesterdə qalmaq istəmədiyimə qərar verdim".