06 İyul 2023, 20:00
FUTBOL
ölkəmizi çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Musa Qurbanlının ardından daha bir futbolçusu ilə vidalaşa bilər. Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Kolumbiyalı futbolçu ilə "Rizespor" klubu maraqlanır.
Klubun baş meneceri Asif Əsgərov matc.az saytına xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Medinaya maraq var: "Amma hazırda bizi öz oyunlarımız maraqlandırır. Onun Türkiyəyə gedib-getməyəcəyi yaxın günlərdə bəlli olacaq"
Qeyd edək ki, Medina "Qarabağ"a 2020-ci ilin yayında keçib.