07 İyul 2023, 11:23
FUTBOL
"Almaniya millisi və ümumilikdə ölkə futbolu üçün çox çətin vəziyyətdir". Matc.az xəbər verir ki, bunu Almaniya yığmasının sabiq futbolçusu Bastian Şvaynştayger deyib.
Onun fikrincə, ölkə futbolu dəyərlərini itirir: "Son illər çoxlu dəyişikliklər olub. Bilirsiniz, Pep Qvardiola ölkəyə gələndə, "Bavariya"ya rəhbərlik edəndə hamı inanırdı ki, biz onun futbolunu oynamalıyıq. Əksər ölkələr Almaniyaya matçın sonuna qədər döyüşməyə hazır komanda kimi baxırdılar. Biz son 7-8 ildə öz güclü tərəflərimizi unutmuşuq. Biz bir-birimizə gözəl ötürmə verməyə daha çox diqqət yetirirdik, bunun səbəblərindən biri də budur".
Qeyd edək ki, Qvardiola 2013-2016-cı illərdə "Bavariya"ya rəhbərlik edib. Komanda onun rəhbərliyi altında üç dəfə Almaniya çempionluğunu, üç dəfə Almaniya kubokunu qazanıb.