"Kənardan baxanda, müqavilə imzalanmış futbolçuların yaşını müzakirə etmək olar. Komanda həm maddi, həm də futbol baxımından gələcək üçün işləmir". Matc.az xəbər verir ki, bunu niderlandlı futbol mütəxəssisi Ronald Kuman deyib. 
 
Vaxtilə çalışdırdığı "Barselona" klubunu tənqid edən Kumanın fikrincə, İlkay Gündoğanla müqavilə daha əvvəl imzalanmalı idi: "Mən orda məşqçi olanda, pul yox idi. Bir də gördüm ki, Pedri, Niko, Qavi var... Biz Niderlandda gənclərə imkan verməyə öyrəşmişik. Yaxşı gələcəyə sahib olmaq üçün çalışmaq lazımdır. Söhbət Gündoğandan belə getmir. Hər mövsüm o yaşda iki-üç futbolçu ilə müqavilə bağlamaq olmaz. Gələcək haqqında düşünsəniz, 32 və ya 33 yaşlı oyunçudan 22 yaşlı daha yaxşıdır".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest