"Qarabağ" sabiq futbolçusu Patrik Andradeni yenidən heyətinə cəlb edə bilər. Matc.az xəbər verir ki, ötən il "Partizan"a keçən yarımmüdafiəçinin Serbiya klubundan ayrılmaq üzrədir. 
 
Belə ki, maliyyə problemi yaşayan "Partizan" Andrade də daxil olmaqla, bəzi futbolçularla yollarını ayırıb. Onların müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Qeyd edək ki, Andrade "Partizan"a 2022/23 mövsümündə azad agent kimi keçmişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest