"öncə onu deyim ki, uyğunlaşmaqla bağlı heç bir çətinlik çəkmədim, çünki komanda yoldaşlarım mənə hər cür dəstək verdilər. özümü komandada çox yaxşı hiss edirəm. Heyətdə həmvətənlərimin də olması özünü göstərdi". Bunu matc.az saytına "Qarabağ"ın yeni transferi Juninyo Vieira deyib.
27 yaşlı braziliyalı futbolçu bildirib ki, komandaya gec qoşulduğundan fərdi məşq edir: "Avstriyadakı toplanışda komandanın düşərgəsinə bir qədər gec qoşuldum. Bu səbəbdən komandadan ayrı, fərdi məşq edirdim. Bununla belə, hamının dəstəyini hiss etdim. Tam uyğunlaşmağım üçün hər cür şərait yaradılmışdı. Tam formamı yığmaq üçün səylə çalışıram. Artıq komanda ilə bəzi çalışmalarda iştirak edirəm".
"Qarabağ" iyulun 11-də çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariqdə "Linkoln"la ilk oyuna çıxacaq. Juninyonun sözlərinə görə, komanda qələbə üçün əlindən edəcək: "Bütün komanda istəklidir. Hamı əlindən gələni edir. Oyun öncəsi komandadakı ab-hava nikbinlik yaradır. Bu amil sonda "Linkoln"la oyunda bizə kömək olacaq. Komandada hökm sürən atmosfer uğur qazanmağımızda rol oynayacaq. Yaxşı nəticə qazanacağımıza ümid edirəm".