Vaxtilə  "Rubin"i Rusiya çempionu etmiş Qurban Berdıyev Mahaçqala "Dinamo"sunun yeni baş məşqçisi olacaq. Matc.az xəbər verir ki, 70 yaşlı mütəxəssisi bu posta klub prezidenti Hacı Hacıyev dəvət edib.
 
 
Berdiyevin son iş yeri 2022-ci ilin noyabrından 2023-cü ilin aprelinə qədər çalışdığı "Soçi" olub.
 
Hacı Hacıyev bir müddət əvvəl "Dinamo"nun baş məşqçisi postuna namizədlər siyahisinin olduğunu, lakin bu məsələdə hələlik favoritin olmadığını bildirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest