Həmin dövrdə bəzi hallarda "Real"ın o zamankı baş məşqçisi Joze Mourinyo Mandiyə etimad göstərərək, əsas komandaya cəlb etmişdi.

çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln" hücum xəttinə yeni futbolçu cəlb edib. Matc.az Cəbəllütariq mətbuatına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Mandi Sosa klubun heyətinə cəlb olunub. 34 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
İspaniyada "Elçe", "Almeriya" kimi klublarda oynamış Mandi 2010-2012-ci illərdə "Real"ın "B" komandasında çıxış edib. Həmin dövrdə bəzi hallarda "Real"ın o zamankı baş məşqçisi Joze Mourinyo Mandiyə etimad göstərərək, əsas komandaya cəlb etmişdi.
 
Xatırladaq ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest