Son zamanlar İtaliyanın "Yuventus" klubunun başından qara buludlar əksik olmur. İndi də UEFA klubun bir və ya iki mövsümlük avrokuboklardan kənarlaşdırılmasını nəzərdən keçirir.
 
Matc.az İtaliyanın ITASportPress agentliyinə istinadən xəbər verir ki, ötən mövsüm A Seriyasında hesabından 10 xal silinən Turin klubunun növbəti cəzası avrokuboklardan kənarlaşdırılma olacaq. 
 
Xatırladaq ki, Turin klubunun avrokuboklarda sonuncu uğuru 1996-cı ildə olub. Həmin il "qoca sinyora" həm çempionlar Liqasını, həm də UEFA Superkubokunu qazanmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest