10 İyul 2023, 11:05
FUTBOL
Emin Mahmudov "Neftçi" ilə yeni müqavilə imzalamasına baxmayaraq, Türkiyə klubu "Eyüpspor" ondan əl çəkmir. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, I Liqa təmsilçisi növbəti dəfə 31 yaşlı yarımmüdafiəçi ilə təmasa keçib.
Yeni mövsümdən bir azərbaycanlı futbolçunun Türkiyə klublarında yerli statusda çıxış etməsi qərara alındığından, "Eyüpspor" Azərbaycan millisinin kapitanını heyətinə cəlb etməkdə israrını davam etdirib.
Lakin həm adıçəkilən komandanın Super Liqada yer almaması, həm də "Neftçi" ilə yeni müqavilə imzalanması səbəbindən Mahmudov növbəti dəfə "yox" cavabını verib.
Qeyd edək ki, Emin Mahmudov "Neftçi" ilə ötən həftə yeni 2+1 illik sazişə qol çəkib.