PSJ-nin hücumçusu Kilian Mbappe Fransada populyarlığını itirib. Matc.az xəbər verir ki, "Odoxa" araşdırma şirkətinin araşdırmasına əsasən, ulduz futbolçunun dəyəri kəskin şəkildə aşağı düşüb.
 
İctimai rəy sorğusuna görə, son aylarda parisli ulduzun imici geriləyib. Onu hələ də fransızların əksəriyyəti (63%) dəstəkləyir. Lakin bu rəqəm əvvəlkindən azdı.
 
25 yaşlı oyunçunun şəxsi göstəricilərində də geriləmə olub. Təvazökarlıq 21 faiz (45%), xarizmatiklik 9 faiz (57%), bəyənmə isə 10 faiz (70%) azalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest