Rumıniya millisinin sabiq futbolçusu Florin Reduçoyu həmyerlisi Adrian Mutunun "Rapid"dən ayrılaraq "Neftçi"yə keçməsinə münasibət bildirib. Matc.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Mutunun daim öyrənmək istəyən gənc məşqçi olduğunu bildirib:
 
"Mutu ilə Klujda tanış oldum və birgə şərab içdik. Həmin vaxta qədər onu yaxından tanımırdım. Yaxşı oğlan, çox şey öyrənmək istəyən gənc məşqçi görüdüm. Adrian ən yüksək səviyyəyə çatmaq istəyir. Onunla söhbətdən həzz aldım".
 
Rumıniyanın aşağı yaş qrupu üzrə yığmalarında çalışmış Reduçoyu hesab edir ki, Mutu "Neftçi"nin təklifini qəbul etməklə doğru qərar qəbul edib: "Mutu komandanın azarkeşlərin, rəhbərliyin nə demək istədiyini yaxşı bilirdi. Onun gedişinə təəccübləndim. Amma bu qərarında haqlı idi. Həm yüksək maliyyə təklifi aldı, həm də məncə, çempionatları bizdən güclüdü. özünü başqa yerdə sınaq istədi. Ola bilsin ki, "Rapid"də transferlər onu qane etməyib və ya daha çox pul istəyirdi. Adrianın yerində olsaydım, mən də "Neftçi"yə gedərdim".
 
Qeyd edək ki, Adrian Mutunun bu həftə "Neftçi" ilə müqavilə imzalaması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest