Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanan "Qəbələ"nin yoxlama görüşündə üz-üzə gələcəyi bir rəqib dəqiqləşib. Matc.az saytı xəbər verir ki, "qırmızı-qaralar" Rusiya təmsilçisi "Orenburq"la üz-üzə gələcək.
 
Bu qarşılaşma əvvəlcədən iyulun 19-na planlaşdırılsa da, ayın 15-nə təsadüf edəcək. Elmar Baxşıyevin komandası ilə oyun "Orenburq" üçün Türkiyədəki hazırlıq dönəmində son yoxlama matçı olacaq.
 
Qeyd edək ki, Türkiyədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Qəbələ" ayın 20-də vətənə qayıdacaq. Komanda iyulun 27-də Konfrans Liqasının II təsnifat mərhələsində "Omoniya" ilə ilk oyununu evdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest