Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına köçür. Matc.az xəbər verir ki, Sergey Milinkoviç-Saviç "Latsio"dan "Əl-Hilal"a keçməyə razılaşıb.
 
28 yaşlı yarımmüdafiəçi ona illik 20 milyon avro ödəməyə hazır olan "Əl-Hilal"ın təklifini qəbul edib. İndi ərəblər serbiyalı futbolçunun transferi ilə bağlı "Latsio" ilə danışıqlar aparır. "Əl-Hilal" qarşı tərəfə 40 milyon avro təklif edib ki, bu da romalıların istədiyi məbləğdi.
 
Qeyd edək ki, Sergey Milinkoviç-Saviç 2015-ci ildən bəri "Latsio"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest