10 İyul 2023, 14:46
FUTBOL
"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Linkoln" kapitanını dəyişib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümdən Cəbəllütariq çempionuna Bernardo Lopes kapitanlıq edəcək.
Məşqçilər korpusu sarğını Roy çipolinadan alaraq, 30 yaşlı müdafiəçiyə həvalə edib. Artıq "Qarabağ"la sabahkı görüşdə "Linkoln"u kapitan kimi məhz Lopes meydana çıxaracaq. Li Kasyaro və Liam Uolker isə vitse-kapitanlar olacaq.
Qeyd edək ki, "Qarabağ" "Linkoln"la ilk oyununu sabah səfərdə keçirəcək. Cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda baş tutacaq.