"Neftçi"nin də danışıqlar aparıb, heyətinə cəlb etmək istədiyi Miha Blajiç seçimini edib. Matc.az xəbər verir ki, 30 yaşlı sloveniyalı müdafiəçi Polşanın yolunu tutaraq, karyerasını "Lex"də davam etdirməyə üstünlük verib. O, Poznan təmsilçisi ilə iki illik müqavilə imzalayıb.
 
2022-ci ildən "Anje"də oynayan Blajiç ötən mövsüm Fransa Liqa 1-də 24 matç keçirib və 2 qol vurub.
 
Karyerası ərzində Sloveniyanın "Koper" , "Domjale", Macarıstanın "Ferentsvaroş" kimi klublarının formasını geyinmiş mərkəz müdafiəçisi Sloveniya millisində 25 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest