İngiltərə millisinin hücumçusu Harri Keyn "Tottenhem"də qala bilər. Matc.az "The Telegraf"a istinadən bildirir ki, paytaxt klubunun bosları komandanın əsas ulduzunu necə saxlamağın yolunu tapıblar.
 
Mənbənin verdiyi xəbərə görə, klub 29 yaşlı hücumçuya həftəlik təxminən 470 min avro maaşla yeni müqavilə təklif edəcək. Tərəflər arasında mövcud müqavilə 2023/2024 mövsümünün sonunda başa çatır.
 
Xatırladaq ki, Keynin karyerasını Avropa nəhənglərində davam etdirmək variantları var. İngilis futbolçu ilə "Bavariya" və PSJ maraqlanır.
Keyn ötən mövsüm Premyer Liqanı ikinci yerdə başa vurub. O, 38 matçda 30 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest