11 İyul 2023, 17:53
FUTBOL
"Napoli"nin prezidenti Aurelio de Laurentis klubun hücumçusu Viktor Osimheni transfer etmək iqtidarında olan klubun adını açıqlayıb. Matc.az xəbər verir ki, o, futbolçunun komandadan getməyəcəyinə inandığını bildirib: "İndi yalnız bir belə komanda var, o da PSJ-dir. Əgər onların prezidenti Osimhen üçün 200 milyon avro ödəməyə hazırdırsa, onda bu transfer baş tuta bilər. Amma inanıram ki, futbolçu bizi tərk etməyəcək".
24 yaşlı nigeriyalı ötən mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 31 qol vurub və 5 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Osimhenin "Napoli" ilə müqaviləsi 2025-ci ilə qədərdir.