"Qarabağ"ın müdafiəçisi Kevin Medina "çaykur Rizespor"la anlaşıb. Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.
 
Bildirilir ki, kolumbiyalı futbolçu Super Liqa təmsilçisi ilə danışıqları artıq yekunlaşdırıb və ilkin müqavilə də imzalayıb.
 
Rəhbərlik 30 yaşlı oyunçunun 2023-24 mövsümündə yeni baş məşqçi İlhan Palutun rəhbərliyi altında çıxış edəcəyinə əmindi. Ancaq transferin detalları barədə hələlik məlumat verilməyib.
 
Qeyd edək ki, 2020-ci ildən "Qarabağ"ın formasını geyinən Kevin Medinanın Azərbaycan klubu ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest