"çelsi"nin vingeri Kristian Pulişiçin "Milan"la müqaviləsinin təfərrüatları məlum olub. Matc.az xəbər verir ki, amerikalı futbolçu səhər saatlarında İtaliyaya yollanıb.
 
Ulduz futbolçu gün ərzində tibbi müayinədən keçəcək və "rossonyerlər"lə münasibətləri rəsmiləşdirəcək. Müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Londonlularla transferin reallaşması üçün tələb olunan bütün sənədlər artıq imzalanıb.
 
Qeyd edək ki, Kristian Pulişiç ötən mövsüm "çelsi"nin heyətində bütün turnirlərdə 30 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest