"Bavariya" "Sevilya"nın qapıçısı Yasin Bununu transfer etməyi düşünür. Matc.az xəbər verir ki, Mərakeş millisinin üzvü özü də bu keçidə razıdı.
çünki 32 yaşlı qolkiper növbəti mövsüm Xose Luis Mendilibarın rəhbərliyi altında "Sevilya"da əsas qapıçı olma ehtimalının az olduğunu düşünür.
 
2020-ci ildən İspaniya klubunun çərçivəsini qoruyan Bununun klubla sözləşməsi 2025-ci ilin yayına qədərdi. Transferin 12 milyon avroya baş tutması gözlənilir.
 
Qeyd edək ki, Yasin Bunu 2022-23 mövsümündə bütün turnirlərdə 36 oyuna çıxıb, 60 qol buraxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest