"Barselona"nın prezidenti Joan Laporta hücumçu Ansu Fatinin Kataloniya klubundakı gələcəyindən danışıb. Matc.az xəbər verir ki, o, İspaniya millisinin üzvündən məmnundu.
 
Laporta bildirib ki, bir neçə təklifi olmasına bamayaraq, baş məşqçi Xavi 20 yaşlı forvarda yeni mövsümdə şans vermək istəyir:
"Ansu "Barsa"dadı və uğur qazanmaq istəyir. Onun qolçu olmaq istedadı var. Xavi dedi ki, məşqlərdə ən çox qol vuran Levandovski və Ansu oldu. Xavi Ansuya şans verməkdə qərarlıdı. Hücumda oyunçular var, amma biz ötən mövsüm olduğu kimi, zərurətdən rotasiya deyil, rotasiyanı normaya çevirməliyik. Yeni zədələrdən qaçmaq üçün nəyisə dəyişməliyik. Hücumda Rafinya, Dembele, Ansu, Levandovski, Abde və Ferran var. Bu çox gözəldi".
 
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Ansu Fati 2019-cu ildən əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest